"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Ayaks" yeni baş məşqçi təyinatına yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Niderland təmsilçisini "Volfsburq"un keçmiş baş məşqçisi Paul Simonis çalışdıra bilər. Artıq klubun texniki direktoru Aleks Kroos 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Simonis keçən yay “Ayaks”ın baş məşqçi namizədləri siyahısında idi. Lakin o, “Volfsburq"a keçib. Bir neçə gün əvvəl isə Simonis istefaya göndərilib. Bildirilib ki, indi o, "Ayaks"a getməyə hazırdır.
Qeyd edək ki, Niderland çempionatının 12 turundan sonra "Ayaks" liderdən 11 xal geri qalaraq 20 xalla 4-cü pillədə qərarlaşıb.
"Qarabağ"la "Ayaks" arasında Çempionlar Liqasının 6-cı turunun görüşü isə noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Bizim.Media






























































































