Türkiyənin 1-ci liqasında yarışan "Iğdır"ın Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun transferindən imtina edib.
Bizim.Media xəbər verir ki, Türkiyə klubu onu qış "transfer pəncərəsi" zamanı icarə əsasında heyətinə qatmaq istəyirdi.
Lakin Superliqaya yüksəlmək hədəfi olan klub başqa forvardla anlaşıb deyə, Renatın transferindən vaz keçib.
Dadaşovun qışdan sonra da, müqaviləsinin axırına qədər “Motor”da qalacağı gözlənilir.
O, 2026-cı il iyunun 30-na qədər “Motor”a məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 11.11.2025
Türkiyə klubu Dadaşovun transferindən imtina etdi
Hazırda oxunan: Türkiyə klubu Dadaşovun transferindən imtina etdi
Hazırda oxunan: Türkiyə klubu Dadaşovun transferindən imtina etdi
580018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































