“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Hazırda oxunan: “Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

579947

İtaliyanın "Atalanta" klubu baş məşqçi İvan Yuriçlə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, A Seriyası klubu xorvatiyalı mütəxəssislə yollarını ayırıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Yuriç uğursuz nəticələrə görə istefaya göndərilib. 50 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 

Qeyd edək ki, İvan Yuriç mövsümün əvvəlində "Atalanta"nın baş məşqçisi postuna təyin olunmuşdu.


Berqamo təmsilçisi ölkə çempionatında 11 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin