Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Hazırda oxunan: Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

579936

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurub.

Bizim.Media xəbər verir ki, birdən qaldırmada 155 kq-ın öhdəsindən gələrək ikinci yeri tutan milli üzvü daha iki mükafat əldə edib.
 

O, təkanla qaldırmada 190 kq nəticə ilə üçüncü olub. Təmsilçimiz toplamda isə 345 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.


Qeyd edək ki, daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) isə 1 gümüş və 2 bürünc mükafata yiyələnib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin