Messi yenidən “Nou Kamp”da – FOTO

Hazırda oxunan: Messi yenidən “Nou Kamp”da – FOTO

579930

Məşhur insayder Fabritsio Romano argentinalı ulduz futbolçu Lionel Messinin ötən gecə yenilənmiş “Kamp Nou” stadionunu gizlicə ziyarət etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, məlumatı ilkin olaraq Fabritsio Romano yayıb, qısa müddət sonra paylaşım L.Messinin "Instagram" hesabında dərc edilib.

Messi səhifəsində təsirli paylaşım edib:

“Dünən gecə ruhumla darıxdığım yerə - mənə böyük xoşbəxtlik bəxş edən məkana qayıtdım.”

37 yaşlı futbolçu yenidən “Barselona”ya qayıtmaq arzusunu da gizlətməyib:

“Ümid edirəm, bir gün bura yenə qayıdaram. Amma sadəcə vida üçün yox... Çünki mən heç vaxt bunu edə bilmədim.”



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin