4 boksçumuz finala çıxdı - 2-si bürünc medal qazandı - FOTO

Hazırda oxunan: 4 boksçumuz finala çıxdı - 2-si bürünc medal qazandı - FOTO

579758

Azərbaycanın daha iki boksçusu Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, Nərgiz Zeynalova (54 kiloqram) və Səidcəmşid Cəfərovdan (80 kiloqram) sonra Aynur Mikayılova (57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) də qızıl medal uğrunda döyüşmək hüququ qazanıblar.
 

Finalda N. Zeynalova Ayşən Taşkınla (Türkiyə), A. Mikayılova Xumorabonu Mamajanova (Özbəkistan) ilə, M. Qasımzadə Madiyar Daniyarovla (Özbəkistan), S. Cəfərov isə Sultan Osmanlı (Türkiyə) ilə qarşılaşacaq.


Qeyd edək ki, yarımfinalda uduzan Fatimə Mehdiyeva (65 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) isə bürünc medalla kifayətləniblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin