“Hər iki komandanın azarkeşlərinin 44-cü dəqiqədə etdikləri çox xoş idi” - VİDEO

Hazırda oxunan: “Hər iki komandanın azarkeşlərinin 44-cü dəqiqədə etdikləri çox xoş idi” - VİDEO

579749

“Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bizim üçün, futbolçular üçün inkişaf daha tez olar”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün baş tutan “Qarabağ”-“Neftçi” oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

“İlk olaraq bayram əhval-ruhiyyəsi ilə hər iki komandanın azarkeşlərinin 44-cü dəqiqəni qeyd etməsi çox xoş oldu. Stadionda çox gözəl azarkeşlik nümayiş etdirildi.
 

Mən futbolçularıma da çox təşəkkür edirəm. Sağ olsunlar, çox vacib qalibiyyət əldə olundu. Hər iki komandanın oyunçuları çox yaxşı, dinamik oyun göstərdi.


Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bizim üçün, futbolçular üçün inkişaf daha tez olar.

Qarşıda komandamızın oyunları var, komandamıza uğurlar arzulayıram”, - deyə o vurğulayıb. (Qafqazinfo.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin