Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

Hazırda oxunan: Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

579745

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov və MOK-un baş katibi Azər Əliyev Atletlər kəndində ölkəmizi təmsil edən idmançılarla görüşüblər.

Milli Olimpiya Komitəsindən  Bizim.Media-ya verilən məlumata görə, onlar atletlər kəndində idmançılara yaradılan şəraitlə tanış olublar.

Görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışaraq, həmin yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurları xatırladıb.
 

O, həmçinin komandamızın digər İslam Oyunlarındakı çıxışlarına toxunaraq idmançılara ənənəni davam etdirməyi və ölkəmizi layiqincə təmsil etməyi arzulayıb. İdmançılar yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını və Azərbaycan bayrağını layiqincə dalğalandırmaq üçün bütün güclərini səfərbər etdiklərini bildiriblər.


MOK-un rəhbərliyi həmçinin VI İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla da görüşüb və onları qələbə münasibətilə təbrik edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin