Qadın cüdoçumuz İslam Həmrəyliyi Oyunlarının qalibi oldu - FOTO

Hazırda oxunan: Qadın cüdoçumuz İslam Həmrəyliyi Oyunlarının qalibi oldu - FOTO

579727

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bizim.Media xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl medal qazanıb.

Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada üçüncü yeri tutub.
 

Bu gün, həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.


Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin