“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

Hazırda oxunan: “Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

579628

“Bavariya” mövsümdə ilk dəfə qələbə qazana bilməyib.

Bizim.Media xəbər verir ki, klub Bundesliqanın 10-cu turunda “Union”la 2:2 hesablı heç-heçəyə razılaşıb.

Komanda məğlubiyyətdən hücumçu Harri Keynin 90+3-cü dəqiqədə vurduğu qol sayəsində xilas olub.

“Union”la oyuna qədər Münhen klubu bütün turnirlərdə keçirdiyi 16 matçın hamısında qalib gəlmişdi. Onlardan 9-u Almaniya çempionatında, 4-ü UEFA Çempionlar Liqasında, 2-si Almaniya kubokunda qazanılıb. Bir qələbə isə ölkə Superkubokunda əldə edilib.

Beləliklə, “Bavariya” 28 xalla Bundesliqada liderliyini qoruyur. “Union”un aktivində isə 12 xal var və komanda turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin