İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem” öz meydanında “Mançester Yunayted”i qəbul edib.
Bizim.Media xəbər verir ki, “Tottenhem Hotspur Stadium”da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqlar matçın 32-ci dəqiqəsində Brayan Mbemonun qolu ilə hesabı açıb. 84-cü dəqiqədə Matis Tel hesabı bərabərləşdirib. Komandanın hücumçusu Rişarlison 90+1-ci dəqiqədə meydan sahiblərini irəli keçirib. Lakin Matteys de Liqt 90+6-cı dəqiqədə vurduğu qolla yekun nəticəni (2:2) müəyyənləşdirib.
Sözügedən qarşılaşmadan sonra “Tottenhem” 18 xalla turnir cədvəlinin 3-cü, eyni xala malik olan “Mançester Yunayted” isə 7-ci pilləsində qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:49 / 08.11.2025
“Tottenhem” və “Mançester Yunayted” xalları BÖLÜŞDÜRDÜ
Hazırda oxunan: “Tottenhem” və “Mançester Yunayted” xalları BÖLÜŞDÜRDÜ
Hazırda oxunan: “Tottenhem” və “Mançester Yunayted” xalları BÖLÜŞDÜRDÜ
579603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































