FİFA prezidenti "Kayrat"ı TƏBRİK ETDİ

Hazırda oxunan: FİFA prezidenti "Kayrat"ı TƏBRİK ETDİ

579496

FİFA prezidenti Canni İnfantino "Kayrat"ı Qazaxıstan çempionu olması münasibətilə təbrik edib..

Bizim.Media xəbər verir ki, bu barədə o, Qazaxıstan Futbol Federasiyasının prezidenti Marat Ömərova rəsmi məktub göndərib.

İnfantino məktubda yazıb: "İcazə verin, bu məktub vasitəsilə Qazaxıstanın yeni çempionu "Kayrat" Futbol Klubunu təbrik edim! Onların mövsüm boyu davamlı səyləri və nəticələri öz bəhrəsini verdi. Bu zəhmət mühüm titulla yekunlaşdı. Komandadakı hər bir oyunçunu və klubun bütün üzvlərini böyük nailiyyət münasibətilə təbrik edirəm".

Qeyd edək ki, “Kayrat” oktyabrın 26-da ardıcıl 2-ci dəfə Qazaxıstan çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin