“Qəbələ” “Sumqayıt”a məğlub oldu - VİDEO

Hazırda oxunan: “Qəbələ” “Sumqayıt”a məğlub oldu - VİDEO

579465

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, “Zəfər turu”nun ilk gününün sonuncu oyunu Qəbələdə baş tutub.

“Qəbələ” “Sumqayıt”ı qəbul edib. Bu oyunda Rəşad Əhmədov söz sahibi olub. Qonaqlar 2 cavabsız qola seviniblər. Daha öncə “Şamaxı” doğma meydanda “İmişli”yə 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və “Zirə” – “Turan Tovuz” oyunları sabah, “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” matçları noyabrın 9-da keçiriləcək.

Misli Premyer Liqası

11-ci tur

7 noyabr

“Qəbələ” – “Sumqayıt” 0:2

Qollar: Rüstəm Əhmədzadə, 54. Aleksandr Ramalinqom, 81.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:44.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 71. Masaki Murata, 95. Nsana Simon.

Baş məşqçi: Saşa İliç.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin