"Real"ın futbolçusu Orelyen Tçuameni sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi "Liverpul"la baş tutan oyunda zədələnib.
Fransalı futbolçu sol budun yarımvətərli əzələsinin zədələnməsi səbəbindən üç həftə meydanlardan kənar qalacaq. Bu səbəbdən o, Fransa millisinin 2026 dünya çempionatının seçmə oyunlarında iştirak edə bilməyəcək.
Eyni zamanda oyunçu La Liqada "Rayo Valyekano" (9 noyabr) və "Elçe" (23 noyabr) ilə matçları da buraxa bilər.
Qeyd edək ki, futbolçunun noyabrın 26-da Çempionlar Liqasının 5-ci turunda "Olimpiakos"a qarşı oyuna qədər sağalacağı gözlənilir.
Bizim.Media



























































































