Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir

Hazırda oxunan: Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir

579294

İtaliya klubu “Atalanta”da sabitlik yenə pozulub.

Bizim.Media xəbər verir ki, bu dəfə komandanın hücumçusu Ademola Lukman gündəmə gəlib.

Nigeriyalı futbolçu Çempionlar Liqasında “Marsel”lə oyun zamanı (0:0) baş məşqçi İvan Yuriçlə açıq şəkildə mübahisə edib. Buna səbəb 74-cü dəqiqədə Yuriçin Lukmanı əvəz etmək qərarı olub. Futbolçu bu qərardan narazılığını gizlətməyib və meydandan çıxarkən baş məşqçiyə etirazını bildirib. Yuriç isə futbolçuya sərt şəkildə cavab verib.
 

Məlumata görə, məşqçilər korpusunun müdaxiləsi olmasa, vəziyyət daha da gərginləşə bilərdi. Matçdan sonra Yuriç mətbuata qısa açıqlamasında bunun sadəcə emosianal davranış olduğunu vurğulayıb. Lakin telekadrlar mübahisənin göründüyündən daha ciddi olduğunu göstərir.


İtaliya mətbuatının məlumatına görə, bu gərginliyin kökləri yay transfer pəncərəsinə gedib çıxır. Həmin dövrdə Lukman “Atalanta”dan ayrılmaq istəyib və bir neçə gün məşqlərə qatılmayıb. Futbolçu ilə “İnter” maraqlanırdı, lakin klub onun transfer dəyərini azaltmaqdan imtina etdiyi üçün keçid baş tutmayıb.
 

Lukman daha sonra komandaya qayıdıb, son səkkiz oyunun yeddisində start heyətdə yer alıb və “Milan”ın qapısına qol vurub. Amma “Marsel”lə oyundakı hadisə futbolçu ilə baş məşqçi arasındakı münasibətlərin hələ də tam bərpa olunmadığını göstərir.


Qeyd edək ki, gələn həftə “Atalanta” “Sassuolo” ilə qarşılaşacaq. Bu fonda Lukmanın start heyətində olub-olmaması sual altına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin