"Bütün azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm idilər. Sanki bu gün əsl bayra yaşadılar".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə heç-heçə etdikləri oyundan (2:2) sonra "CBC Sport"a açıqlamasında deyib.
Mütəxəssis komandasının fantastik nəticəsini belə şərh edib:
"Bəlkə də böyük futbolda bu günə kimi ən maraqlı, həyəcanlı oyun idi. Futbolçularıma çox təşəkkür edirəm. Sona kimi mübarizə apardılar, ruhdan düşmədilər. Mən onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bütün xalqımızı təbrik edirəm".
Mütəxəssis futbolçusu Kadi Borgesin zədəsinə də toxunub:
"Ola bilər ki, zədəsi ciddi olsun. Olmaya da bilər. Çünki ayağında xırda sümük hissəsi ar, çox ağrı verir. Sabah durumu bilinəcək".
O, "Napoli" ilə qarşıdakı matç haqda bunları deyib:
"Napoli" haqda tam ətraflı məlumat verə bilməyəcəyəm. Amma "Çelsi" səiyyəsində bir rəqibdir. Dünyaşöhrətli baş məşqçiləri var. İstənilən oyuna çox ciddi yanaşırlar. Hər bir halda qarşıdakı günlərdə daha ətraflı danışmaq olar".
Q.Qurbanov sonda ilk 24-lüyə qalmaq şansları haqda danışıb:
"Bu, elə bir turnirdir ki, istənilən nəticə ola bilər. Çox istərdik ki, qarşıdakı matçlarda da yaxşı nəticələr qazanaq. Amma rəqiblər daha ciddi yanaşırlar. Bizim oynayacağımız komandların da 3 xala çox ehtiyacları var. Bəlkə də bizi gözləyirlər ki. turnir cədvəlində mövqelərini düzəltsinlər".
Bizim.Media

- A-
- A
- A+
İdman
23:59 / 05.11.2025
Qurban Qurbanov fantastik nəticəni ŞƏRH ETDİ - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov fantastik nəticəni ŞƏRH ETDİ - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov fantastik nəticəni ŞƏRH ETDİ - VİDEO
579130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































