Peru mətbuatı Qarabağdan yazır: Beş il sonra – qələbə, dağıntılar və ümid arasında

Hazırda oxunan: Peru mətbuatı Qarabağdan yazır: Beş il sonra – qələbə, dağıntılar və ümid arasında

579114

Perunun “La Razón”, “Prensa21” və “FPP” media qurumlarında Azərbaycanın Zəfər Gününün 5-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.

Bizim.Media xəbər verir ki, ölkəmizin Perudakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalələrin müəllifi Rikardo Sançes Serra 2020-ci il noyabrın 8-nin Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu Qələbənin yalnız hərbi deyil, həm də milli və mədəni dirçəlişin simvolu kimi qeyd edildiyini bildirib. 

Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və bununla da onilliklər boyu davam edən erməni işğalına son qoyulub.

Müəllif müharibədən sonra Qarabağa səfəri zamanı şahidi olduğu dağıntılardan bəhs edir və bunu “mədəni soyqırımı” kimi səciyyələndirir.
 

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını milli prioritet elan edib və Azərbaycan hökuməti regionun yenidən qurulması, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün milyardlarla dollar dəyərində layihələr həyata keçirir. Lakin mina təhlükəsi bu prosesi ləngidir.


Yazıda, həmçinin Prezident İlham Əliyevin “Qarabağ Azərbaycan torpağıdır və bunu bütün dünya qəbul edir” fikri sitat gətirilərək, Azərbaycanın suverenliyinin bərpası böyük siyasi və mənəvi qələbə kimi təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin