“Qarabağ” “Çelsi” ilə oyundan əvvəl azarkeşlərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: “Qarabağ” “Çelsi” ilə oyundan əvvəl azarkeşlərə MÜRACİƏT ETDİ

579037

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın növbəti ÇƏTİN SINAĞI - “Çelsi”ni Bakıda hansı “sürpriz” GÖZLƏYİR?


Bizim.Media xəbər verir ki, bu barədə “köhlən atlar”ın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb.

Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Matç başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.

Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.

Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin