“Sabah” qapıçısını saxlamaq istəyir

Hazırda oxunan: “Sabah” qapıçısını saxlamaq istəyir

579003

“Sabah” qapıçısı Stas Pokatilovla əməkdaşlığın davamında maraqlıdır.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Qazaxıstan millisinin qolkiperinin performansından razıdır.

Doğrudur, 32 yaşlı oyunçu son vaxtlar yığmasına çağırılmır. Buna baxmayaraq, Premyer Liqadakı uğurlu çıxışı sayəsində tezliklə milliyə qayıdacağına inanır.

Təsadüfi deyil ki, Pokatilov çempionatda ən az qol buraxan ikinci qapıçıdır.
 

O, Premyer Liqanın geridə qalan 9 matçının 5-də rəqib hücumçularına fərqlənmək imkanı verməyib. Qazaxıstanlı qapıçının çıxışı baş məşqçi Valdas Dambrauskasın da ürəyincədir.


Pokatilov bu performansı davam etdirəcəyi təqdirdə, tezliklə ona yeni 1 illik müqavilə təklif olunacaq.

Qeyd edək ki, Stas Pokatilovun “Sabah”la hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin