Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub etdi – DİGƏR NƏTİCƏLƏR – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub etdi – DİGƏR NƏTİCƏLƏR – VİDEO

578954

UEFA Çempionlar Liqasının liqa mərhələsində dördüncü turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə daha yeddi qarşılaşma başa çatıb.

PSJ öz meydanında "Bavariya" ilə üzləşib. Qonaqlardan Dias ilk hissədə iki qol (4, 32) vursa da, ilk yarıya əlavə olunmuş dəqiqələrdə (45+7) meydandan qovulub.
 

74-cü dəqiqədə meydan sahiblərindən Neves fərqlənsə də, azlıqda qalan Münhen təmsilçisi qələbə hesabını qorumağı bacarıb - 1:2.


"Tottenhem" ev matçında "Kopenhagen"lə üz-üzə gəlib. Görüşü azlıqda başa vuran London klubu rəqibini darmadağın edib - 4:0.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Napoli" - "Ayntraxt Frankfurt" 0:0;"Slaviya Praqa" - "Arsenal" 0:3;

"Atletiko Madrid" - "Royal Union" 3:1;

"Budyo/Qlimt" - "Monako" 0:1;

"Yuventus" - "Sportinq" 1:1;

"Liverpul" - "Real Madrid" 1:0;

"Olimpiakos" - PSV 1:1.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin