Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

Hazırda oxunan: Voleybol millimiz İslamiadaya qələbə ilə BAŞLADI

578943

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda İranla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, millimiz Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin