““Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq" - Ronaldo

Hazırda oxunan: ““Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq" - Ronaldo

578937

Kriştiano Ronaldo “Mançester Yunayted”in cari mövsümdə Premyer Liqa çempionu olacağına inanmır.

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz hazırkı komandanın çempionluq mübarizəsinə hazır olmadığını deyib:
 

“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq. Çox xal itiriblər və geri qalırlar. Komandada güclü futbolçular olsa da, onların bir qismi hələ də "Mançester Yunayted"in dəyərini və məsuliyyətini tam anlamır”.


Qeyd edək ki, Premyer Liqada 10 turdan sonra “Mançester Yunayted” 17 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. Sıralamanın lideri isə 25 xalla “Arsenal”dır.

Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”in heyətində 2003/2009 və 2021/2022 mövsümlərində çıxış edib. Bu müddətdə o, 3 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin