Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

Hazırda oxunan: Mbappedən penalti QƏRARI - Hamısını özü vuracaq

578935

Kilian Mbappe komandasında penaltilərin vurulmasına dair yeni qərarı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, artıq futbolçu penaltilərin yerinə yetirilməsini komanda yoldaşlarına etibar etməyəcək. 
 

Buna səbəb ötən həftə “Real Madrid” - “Valensiya” (4:0) matçında komanda yoldaşı Vinisius Juniorun penaltini qaçırması olub. Sözügedən oyunda dubl edən Mbappe həmin anda komandasının hesabda "2:0" öndə olmasına rəğmən bunu anlayışla qarşılamayıb.


“The Athletic”in məlumatına görə, bundan sonra “Real” bir matçda üç penalti qazansa belə, hamısını Mbappe şəxsən özü vurmaq niyyətindədir.

Qeyd edək ki, hazırda “Real Madrid” La Liqada liderdir və ikinci pillədəki “Barselona”dan 5 xal öndədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin