London küçələrində hamı “Qarabağ”dan danışır

Hazırda oxunan: London küçələrində hamı “Qarabağ”dan danışır

578819

London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir: “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər: “Qarabağ”la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.

Xatırladaq ki, Ertem Şener Sport TV-nin dəvəti ilə Bakıya gəlir. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin