“Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

Hazırda oxunan: “Barselona”dan ayrılan futbolçu İngiltərə klubuna KEÇİR

578712

"Barselona"dan ayrıldıqdan sonra klubsuz qalan Oriol Romeu İngiltərəyə qayıdacaq.

Bizim.Media xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Çempionşipdə davam etdirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Sauthempton" sabiq oyunçusu ilə razılıq əldə edib.34 yaşlı dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra İngiltərə klubu ilə müqavilə imzalayacaq.
 

Qeyd edək ki, Oriol Romeu ötən mövsüm icarə əsasında "Jirona"nın formasını geyinib.


Təcrübəli futbolçu avqust ayında "Barselona"dan ayrılıb. O, 2015-2022-ci illərdə "Sauthempton"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin