Seneqal milli komandasının hücumçusu Xuma Babakar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, 32 yaşlı hücumçuya Premyer Liqa klublarından maraq var.
Babakar özü də, Türkiyə 1-ci liqasından ayrılaraq Azərbaycana gəlməyə hazırdır.
“Sarıyer”in formasını geyinən Xumanın əsas istəyi və şərti var, maliyyə məsələsi ilə bağlıdır. Onu istəyən klublarımızdan hansı daha çox pul verərsə, Xuma da bu klubun formasını geyinəcək. Keçidin bu qış baş tutacağı gözlənilir.
Qeyd edək ki, Seneqal millisində oynamış hücumçu “Fiorentina”, “Rasinq”, “Padova”, “Modena”, “Sassuola”, “Leççe”, “Alanyaspor”, “Kopenhagen”, “Boluspor” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media


























































































