Azər Bağırov müəyyən fasilədən sonra yenidən “Kəpəz”ə qayıdıb. O, yeni məşqçi kimi fəaliyyətə başlayandan sonra komanda hələ ki, bir qələbə qazanıb. Çoxları Bağırovdan əməli işə keçdikdən sonra ciddi islahatlar gözləyir. Baş məşqçi isə hələ ki, sakit davranaraq komanda daxili ab-havana düzəltməyə çalışır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təcrübəli çalışdırıcı gələcək fəaliyyətini necə quracağını açıqlayıb:
“Əlbəttə, hər bir futbol məşqçisi kimi mənim də öz futbol fəlsəfəm var. Hər bir yerdə belədir ki, məşqçinin kimləsə fikirləri üst-üstə düşməyə bilər.
Bax onda hansısa dəyişiklikləri etmək mümkündür. “Kəpəz”də də dəyişikliklər olacaq. Amma qlobal yox. Şübhəsiz ki, heyətdən gedənlər də olacaq. Bu yerli futbolçu da ola bilər, əcnəbi oyunçu da. Biz komandamızı gücləndirmək istəyirik. Ona görə də transfer çalışmalarını gücləndirəcəyik”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:04 / 03.11.2025
Azər Bağırov “Kəpəz”də hansı islahatları aparacaq? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Azər Bağırov “Kəpəz”də hansı islahatları aparacaq? – Özündən AÇIQLAMA
Hazırda oxunan: Azər Bağırov “Kəpəz”də hansı islahatları aparacaq? – Özündən AÇIQLAMA
578652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































