Şəhriyar Məmmədyarov bu turnirdə 2-ci yeri tutdu – Qalib Karlsendir

Hazırda oxunan: Şəhriyar Məmmədyarov bu turnirdə 2-ci yeri tutdu – Qalib Karlsendir

57844

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu - XIII turun görüşünü keçirib.

Bizim.Media turnirin saytına istinadən xəbər verir ki, rəqib ABŞ-dan olan Fabiano Karuana olub.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü, 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin