"Turan Tovuz" bu gün "Şamaxı"nı sınağa ÇƏKƏCƏK

Hazırda oxunan: "Turan Tovuz" bu gün "Şamaxı"nı sınağa ÇƏKƏCƏK

578436

Misli Premyer Liqasında X turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
 

Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.


Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq.

"Gənclik şəhəri" təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.
 

Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.


Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin