Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda ikinci olub.
Bizim.Media xəbər verir ki, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.
Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.
15:43***
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Bizim.Media xəbər verir ki, komanda yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlar finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.
15:09***
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, sablyaçılar ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.
Yığma 1/4 finalda Macarıstanı eyni hesabla üstələyib. Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komanda yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.
Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.
Bizim.Media