Məhəmməd Salaha Səudiyyə Ərəbistanından REKORD TƏKLİF

Hazırda oxunan: Məhəmməd Salaha Səudiyyə Ərəbistanından REKORD TƏKLİF

578246

“Liverpul”un misirli ulduzu Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya ildə təxminən 150 milyon funt sterlinq (təqribən 170 milyon avro) dəyərində rekord məbləğli təklif irəli sürülüb.

Bildirilir ki, müqavilə şərtlərinə klubun səhmlərindən pay əldə etmək imkanı və Səudiyyə Ərəbistanının turizm səfiri statusu da daxildir.

Əgər Salah bu təklifi qəbul edərsə, onun illik gəliri “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun qazancına yaxınlaşacaq. Portuqaliyalı hücumçunun hər il təxminən 175 milyon funt sterlinq (200 milyon avro) qazandığı qeyd olunur.

Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin
yayına qədərqüvvədə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin