Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Hazırda oxunan: Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

578206

Milli komandamızın forvardı Renat Dadaşov “Motor”u tərk etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, Polşa klubunda istədiyi qədər oynaya bilməyən forvard daha çox şans tapacağı komandaya keçməyi düşünür. 

Bunun üçün isə onun bir çox variantı var.
 

Azərbaycan Premyer Liqasında yarışan iddialı klubların əksəriyyəti Dadaşovu heyətinə qatmağa hazırdır. Hətta forvard “Motor”a keçməmişdən əvvəl də Azərbaycandan 2 klub onun meneceri ilə əlaqə saxlayaraq müqavilə imzalamaq istəyini bildirmişdi. Lakin sonda Renat Polşaya getməyə qərar vermişdi.


Türkiyə 1-ci liqasında yarışan “Iğdır”ın da transfer siyahısında yer alan Renat qış “transfer pəncərəsi” zamanı seçimini edəcək. Məhz həmin vaxtı onun Azərbaycana gələcəyi, yoxsa fərqli ölkə üçün addım atacağı dəqiqləşəcək. 26 yaşlı hücumçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğku, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin