Serbiya millisində yeni BAŞ MƏŞQÇİ

Hazırda oxunan: Serbiya millisində yeni BAŞ MƏŞQÇİ

578073

Serbiya Futbol İttifaqı milli komandanın baş məşqçi vəzifəsibə Velko Paunoviçin təyin olunduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, 48 yaşlı mütəxəssis bu vəzifədə 17 oktyabrda istefa verən Draqan Stoykoviçi əvəzləyib.
 

Paunoviçin son iş yeri “Real Ovyedo” klubu olub. Bundan əvvəl serb mütəxəssis Meksikanın “Qvadalaxara” və “UANL Tiqres” klublarını çalışdırıb.


O, həmçinin İngiltərənin “Reding” və ABŞ-ın “Çikaqo Fayr” komandalarında da işləyib.

Paunoviçin Serbiyanın yeniyetmə və gənclər yığmalarında da iş təcrübəsi var.

Dünya çempionatının seçmə mərhələsində Serbiya yığması 13 noyabrda İngiltərə, 16 noyabrda isə Latviya ilə qarşılaşacaq.

Serblər hazırda K qrupunda 10 xalla 3-cü pillədə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin