“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi

Hazırda oxunan: “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşdi

578025

UEFA Gənclər Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" komandası arasında keçiriləcək IV tur oyununun hakimləri açıqlanıb.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını azərbaycanlı ədalət təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin