İspaniyalı futbolçusu Joni Montiel "Qarabağ" klubunda ilk oyununa çıxa bilər.
Bizim.Media xəbər verir ki, futbolçu sabah Misli Premyer Liqasının 10-cu turunda keçiriləcək "İmişli" klubu ilə oyunda iştirak edə bilər.
Xatırladaq ki, bu il yay transfer pəncərəsində "Qarabağ"ın heyətinə qatdığı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu Qurban Qurbanovun qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi.
Qeyd edək ki, Joni Montiel avqust ayının üçündə "Qarabağ" klubu ilə 2+2 illik müqavilə imzalamışdı. 26 yaşlı vinger "Rayo Valyekano" klubunun yetirməsidir. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
13:55 / 30.10.2025
"Qarabağ"ın yeni transferi: Nə vaxt ilk oyununa çıxacaq?
Hazırda oxunan: "Qarabağ"ın yeni transferi: Nə vaxt ilk oyununa çıxacaq?
Hazırda oxunan: "Qarabağ"ın yeni transferi: Nə vaxt ilk oyununa çıxacaq?
578015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































