“Yuventus” 8 oyundan sonra qalib gəldi - VİDEO

Hazırda oxunan: “Yuventus” 8 oyundan sonra qalib gəldi - VİDEO

577980

“Yuventus” qələbəsiz seriyasına son qoyub. Bu həftənin əvvəlində İqor Tudorun istefasını elan edən Turin klubu bu gün Seriya A-nın 9-cu turunda “Udineze”ni 3:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, əvvəlki səkkiz oyunda Turin klubu 3 dəfə ardıcıl məğlub olmuş və beş dəfə ardıcıl heç-heçə etmişdi. Sonuncu qələbə 13 sentyabrda qeydə alınmışdı.

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 15 xalla 7-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası

IX tur

"Yuventus" - "Udineze" 3:1

Qollar: D.Vlahoviç, 5(pen), F.Qatti, 67, K.Yıldız,90+6(pen) - N.Zaniolo, 45+1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin