Endrik “Real”dan ayrıla bilər

Hazırda oxunan: Endrik “Real”dan ayrıla bilər

577934

Fransanın "Lion" klubu Madrid "Real"ının gənc hücumçusu Endrikin transferi ilə yaxından maraqlanır.

Bizim.Media xəbər verir ki, Fransa təmsilçisinin 19 yaşlı braziliyalı futbolçunun icarəsi ilə bağlı işlərə artıq başladığı xəbərləri yayılıb. 

Məlumata görə, Endrik də öz növbəsində danışıqlara maraqlıdır.
 

Gənc hücumçu cari mövsümdə "Real”ın heyətində hələ oyuna çıxmayıb. Ötən mövsüm isə o, Madrid klubu ilə keçirdiyi 37 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.


Qeyd edək ki, Endrikin "Real Madrid"lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin