PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

Hazırda oxunan: PSJ-nin hücumçusu komandadan ayrılmaq istəyir

577920

PSJ-nin futbolçusu Lukas Beraldo komandadan ayrılmaq istəyir.

Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi bu mövsüm az forma şansı qazanmasından narazıdır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
 

Beraldo yanvar ayında ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Braziliya millisinin üzvü DÇ-2026 öncəsi daha çox oynamaq və yaxşı formada olmaq üçün başqa kluba icarəyə verilməsini istəyir. Baş məşqçi Luis Enrike futbolçunun istəyinin əleyhinə deyil.


Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında ölkəsinin "San Paulo" klubundan 20 milyon avroya transfer edib.

21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun

Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin