Maradonanın tarixi qolu üçün sikkə BURAXILDI

Hazırda oxunan: Maradonanın tarixi qolu üçün sikkə BURAXILDI

577868

Argentina Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu məşhur ikinci qola həsr olunmuş xatirə sikkəsi buraxılıb.

Bizim.Media xəbər verir ki, sikkənin buraxılışı həm həmin tarixi epizodun 40 illiyi, həm də 2026 dünya çempionatına hazırlıq çərçivəsində FIFA-nın beynəlxalq xatirə sikkələri proqramı daxilində həyata keçirilib.

Bundan əlavə, 6,75 qram çəkidə və 23 millimetr diametrdə qızıl sikkə də buraxılıb.
 

Qızıl versiya yalnız beynəlxalq kolleksiya bazarı üçün nəzərdə tutulub və Argentina daxilində satışa çıxarılmayacaq.


Qeyd edək ki, Maradonanın həmin qolu futbol tarixinin ən yadda qalan anlarından biri kimi bu gün də “futbolun poetik zirvəsi” sayılır və dünya futbolunun simvolik mirası hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin