"Seltik" Brendan Rocersi istefaya göndərdi

Hazırda oxunan: "Seltik" Brendan Rocersi istefaya göndərdi

577740

Şotlandiyanın “Seltik” klubu baş məşqçisi Brendan Rocerslə yolları ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib. Klub ona 2 ildə göstərdiyi xidmətləri üçün təşəkkür edib.

“Seltik”in keçmiş baş məşqçisi Martin Onil komandanın müvəqqəti çalışdırıcısı təyin edilib.

Qeyd edək ki, "Seltik" Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin