“Barselona” məhkəməyə ÇAĞIRILDI

Hazırda oxunan: “Barselona” məhkəməyə ÇAĞIRILDI

577725

İspaniya prokurorluğu “Neqreyra işi”ndə şübhəli kimi “Barselona” klubunu məhkəməyə çağırıb. 

Bizim.Media bildirir ki, hüquq-mühafizə orqanlarının tələbi ilə hakim həmçinin Kataloniya klubuna texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus olan “Dasnil 95 SL” və “Nilsad SCP” ilə bağlanmış ilkin müqavilələri təhvil verməyi əmr edib.

AS-ın məlumatına görə, “blauqrana”nın vitse-prezidenti Elena Fort klub adından çıxış edəcək. Dinləmə yanvarın 27-də keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə “Barselona” və onun rəhbərliyi rüşvətxorluqda ittiham olunub. 2025-ci ilin yayında İspaniyanın korrupsiyaya qarşı mübarizə orqanları “"Barselona"”ın prezidenti Joan Laportanı və Kataloniya komandasının iki keçmiş məşqçisi Luis Enrike və Ernesto Valverdeni şahid qismində ifadə vermək üçün məhkəməyə çağırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin