“Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə DƏYİŞDİRİLDİ

Hazırda oxunan: “Qarabağ”ın çempionat oyununun yeri “Çelsi” ilə matça görə DƏYİŞDİRİLDİ

577707

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL-dən Bizim.Media-ya verilən məlumata görə, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçiriləcək oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.
 

“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.


Belə ki, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 30-da reallaşacaq matç saat 17:00-da start götürəcək.

XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin