İtaliyanın “İnter” klubunun qapıçısı Xosep Martines öz avtomobili ilə əlil arabasında hərəkət edən 81 yaşlı kişini vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə quicomo.it nəşri yazıb.
Mənbə qeyd edir ki, faciə oktyabrın 28-i səhər saat 9:40 radələrində baş verib.
Mənbənin bildirdiyinə əsasən, zərbə olduqca güclü olub və xilasedicilərin dərhal müdaxiləsinə baxmayaraq, yaşlı kişini xilas etmək mümkün olmayıb. Onun ölümü hadisə yerində qeydə alınıb. Hadisə yerində təcili xidmətlərin işləməsi və araşdırma aparılması üçün yol müvəqqəti bağlanıb.
Hadisə ilə əlaqədar “İnter” rəhbərliyi baş məşqçi Kristian Kivunun saat 14:00-a planlaşdırılan mətbuat konfransını ləğv edib.
Məlumata görə, 27 yaşlı Martines hadisədən sonra şok vəziyyətindədir. O, xəsarət almasa da, baş verənlərdən dərin sarsıntı keçirib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:32 / 28.10.2025
“İnter”in qapıçısı avtomobili ilə əlil arabasındakı kişini vuraraq öldürdü
Hazırda oxunan: “İnter”in qapıçısı avtomobili ilə əlil arabasındakı kişini vuraraq öldürdü
Hazırda oxunan: “İnter”in qapıçısı avtomobili ilə əlil arabasındakı kişini vuraraq öldürdü
577676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































