Vinisiusdan Yamala SƏRT SÖZLƏR

Hazırda oxunan: Vinisiusdan Yamala SƏRT SÖZLƏR

577553

İspaniya La Liqasının 10-cu turunda “Real”ın “Barselona”ya qarşı qazandığı 2:1 hesablı qələbədən sonra meydandan kənarda gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisinib braziliyalı hücumçusu Vinisius Junior matçdan sonra “Barselona”nın gənc oyunçusu Lamin Yamal ilə söz davasına çıxıb.

Yamal paltardəyişmə otağına gedərkən Vinisius ona yaxınlaşaraq bu sözləri deyib:

“Sən topu yalnız arxaya ötürürsən! Çox danışırsan. İndi danış görüm!”
 

Qeyd edək ki, bu oyun ərəfəsində Yamal qalmaqallı açıqlama verərık "Real"ı fırıldaq edən və şikayətlənən klub adlandırmışdı.


Qeyd edək ki, bu qələbədən sonra “Real” 27 xalla La Liqa cədvəlində liderliyini qoruyub.

“Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin