Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) bu gün bürünc medal uğrunda görüşə çıxıb.
O, gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (13:2) qalib gələrək fəxri kürsüyə qalxıb..
Ali Tsokayev daha əvvəl italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmışdı.
65 kq-da güləşən Ayxan Abdullazadə ukraynalı Mikita Qonçarova 4:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazansa da, son görüşdə qırğızıstanlı Bilal Şərif Uuluya uduzub – 0:10.
Bizim.Media





























































































