Almaniya klubları Koxalski üçün təklif göndərib? – “Qarabağ”dan AÇIQLAMA

Hazırda oxunan: Almaniya klubları Koxalski üçün təklif göndərib? – “Qarabağ”dan AÇIQLAMA

577437

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski öz inamlı oyunu ilə artıq xarici klublarln diqqətini cəlb edib. Təsadüfi deyil ki, mətbuatda onunla ciddi şəkildə maraqlanan klubların olduğu bildirilir. 
 

Almaniya klublarının qapıçını transfer etmək üçün xüsusi fəallıq göstərdiyi iddia edilir. Hətta qapıçının “Ayntraxt” və “Borussiya” Dortmud skautları tərəfindən izlənildiyi yayılan xəbərlər arasındadır. 


Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.

O, Bizim.Media-ya bildirdi ki, hazırki vəziyyətdə Koxalskinin digər bir kluba keçidinin mümkünsüzdür:

“Belə xəbərlərə həmişə rast gəlmək olur. Bizim tək Koxalski ilə deyil, digər futbolçularımızla bağlı da ara-sıra transfer xəbərləri çıxır. Konkret Koxalskiyə gəldikdə isə bizə onunla bağlı heç bir rəsmi təklif gəlməyib. İnanmıram ki, indiki vəziyyətdə yəni çempionatın, Avrokubokların qızğın vaxtında Koxalskinin başqa bir kluba keçidi mümkün olsun”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin