Gimnastımız “Silk Crown” Beynəlxalq Ritmik Gimnastika Turnirində qalib oldu – VİDEO

Hazırda oxunan: Gimnastımız “Silk Crown” Beynəlxalq Ritmik Gimnastika Turnirində qalib oldu – VİDEO

577424

Oktyabrın 26-da Özbəkistanın paytaxtı Daşkənddə “Silk Crown” Beynəlxalq Ritmik Gimnastika Turniri keçirilib.

Bizim.Media xəbər verir ki, regionun ən nüfuzlu gimnastika tədbirlərindən biri olan turnirdə müxtəlif ölkələrdən olan istedadlı idmançılar təmsil olunublar.
 

Yarışda fərdi və qrup halında çıxış edən gimnastlar müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. İştirakçılar lent, halqa, top və gürzlərlə çıxış edərək, həm texniki bacarıqlarını, həm də bədii performanslarını nümayiş etdiriblər.


Turnirdə gimnastika müəllimi Ülviyyə Əlizadənin rəhbərlik etdiyi komandamız uğurlu nəticə ilə yadda qalıb. 

2016-cı il təvəllüdlü gimnastların yarışında təmsilçimiz Zeynəb Xanlar qızı Babayeva turnirin qalibi olub. O, həmçinin 140 iştirakçı arasında da ilk sırada qərarlaşaraq, turnirdə 1-ci pilləni tutub.

Bundan əlavə, 2015-ci il təvəllüdlü idmançıların yarışında Fidan Üzeyirbəyli 1-ci, 2020-ci il təvəllüdlü gimnastların mübarizəsində isə Safina Həsənli 2-ci pillənin sahibi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin