Yanvarın 29-da “Böyük dəbilqə” seriyasından tennis üzrə qadınlar arasında “Australian Open-2022” turnirinin qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, turnirin həlledici görüşündə bir nömrəli raketka ustası avstraliyalı Eşli Barti və amerikalı Daniel Kollenz üz-üzə gəliblər. İki saatdan çox davam edən görüşdə avstraliyalı tennisçi qalib gəlib – 6:3, 7:6 (7:2).
Bununla da E.Barti 44 il sonra “Australian Open” turnirində qalib gələn ilk yerli tennisçidir.
Sonuncu dəfə bu turnirdə qalib gələn avstraliyalı tennisçi Kris Oneil olub. O, 1978-ci ildə “Australian Open” turnirinin qalibi adını qazanıb.
İyirmi beş yaşlı E.Barti Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində birincidir. O, karyerası ərzində 15 titul qazanıb. Avstraliya açıq turnirindəki qələbə idmançının “Böyük dəbilqə” turnirlərində üçüncü uğurudur. İdmançı əvvəllər “Roland Qarros” (2019) və “Wimbledon” (2021) turnirlərində qalib gəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:51 / 29.01.2022
“Australian Open” turnirində yerli qalib - 44 ildən sonra
Hazırda oxunan: “Australian Open” turnirində yerli qalib - 44 ildən sonra
Hazırda oxunan: “Australian Open” turnirində yerli qalib - 44 ildən sonra
57739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.