Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu

Hazırda oxunan: Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu

577265

Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, milli komanda 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
 

Yığmanın heyətində Xumar Cəfərli (75 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan Himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropa çempionatının qalibi adına yiyələnib.


Onun uğurunu Mehran Rəsulov (80 kiloqram) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb.

Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, Onur Qurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin