"İmişli"nin Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyunda zədələnən futbolçusu Vüsal Qənbərovun durumuna aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Bildirilib ki, hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib.
Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Onun oktyabrın 27-də əməliyyat olunması planlaşdırılır.
Qeyd edək ki, Vüsal" ötən ilin yanvar ayından "İmişli"nin formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:51 / 25.10.2025
“İmişli”nin ağır zədə futbolçusunun son durumu açıqlandı
Hazırda oxunan: “İmişli”nin ağır zədə futbolçusunun son durumu açıqlandı
Hazırda oxunan: “İmişli”nin ağır zədə futbolçusunun son durumu açıqlandı
577205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































